Saat 15:00 göstəriciləri ilə, parlamentin aralıq seçkilərində seçicilərin fəallığı 41,01% təşkil etdi
Saat 15:00 göstəriciləri ilə, parlamentin aralıq seçkilərində seçicilərin fəallığı 41,01% təşkil etdi

Vani və Xonidə keçirilən parlament aralıq seçkilərində, saat 15:00 üçün, seçicilərin fəallığı 41,01% təşkil etdi.

Bu barədə məlumatı Mərkəzi Seçki Komisiyasında keçirilən brifinqdə mətbuat katibi Anna Mikeladze verdi.

MSK-nın məlumatına görə, bu vaxt üçün, öz seçimini 19 789 seçici bildirib.

Ümumi cəmidə 60 seçki məhəlləsində 48 123 seçici qeydiyyatdan keçib.

“Seçki məntəqələrnin hamısında, seçki prosesi sakit və problemsiz keçir. Xatırladırıq  ki, bugün səs vermə binasında hərhansı partiyanın agitasiyası qadağan edilir” – dedi mətbuat katibi.

Vani və Xoni seçki məntəqələrində bugün aralıq parlament seçkiləri keçirilir.

Vətəndaşlar majoritar seçki məntəqələrində parlamentə Vani və Xoninin majoritar deputatlarını seçirlər.

Aralıq seçkilərinin keçirilməsi zərurəti, “Gürcü Arzusunun” Vani və Xoni majoritar deputatı Qriqol Leluaşvilinin Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri təyin edilməsindən sonra yarandı.

Qeyd olunan rayonlarda 48 123 seçici qeydiyyatdan keçib.

Seçkidə iştirak edən namizədlər bunlardır:

2. “Bakradze, Uqulava – Avropa Gürcüstanı – Giorgi Uqulava
17. “Gürcüstan” – Giorgi Leluaşvili
21. “Ənənəçilər” – Zurab Kartvelişvili
23. “Yeni Xristian-demokratlar”– Mamuka Tuskadze
41. “Gürcü Arzusu – demokratik Gürcüstan” – Givi Çiçinadze
42. Təşəbbüs qrupu (Sopio Meşveliani, Şorena Cuxradze, Vaja Kopaliani, Tamar Kuxalaşvili, Marina Çaqunava) – Vasil Kopaliani.

Şərh yaz