"Ryanair" aviaşirkəti Gürcüstan barəsində videoçarx yayır

“Ryanair” aviaşirkəti Gürcüstan barəsində videoçarx dərc etdirir. Aviaşirkət “Gürcüstanı Rynair ilə birlikdə kəşf et” adlı videosunu “feysbuk” sosial şəbəkəsində yayır.

Videoçarx səyahətçilər tərəfindən sosial şəbəkədə Gürcüstan barəsində yayılmış real postlar, videolar və fotolar kolajını təşkil edir.

Çarxda Gürcüstanın müxtəlif görəmli yerləri, Gürcüstanın təbiəti, ənənələri, gürcü yeməkləri göstərilir.

Xatırladaq ki, “Ryanair” aviaşirkəti Gürcüstandan ilk reyslərini noyabrdan yerinə yetirəcək.