Rustavidə yeni avtobuslar hərəkət edəcəklər
Rustavidə yeni avtobuslar hərəkət edəcəklər

Rustavidə yeni avtobuslar hərəkət edəcəklər. “Avro 5” standartlı 22 yeni avtobus Rustavililərə pandemiyaya görə tədbiq olunan məhdudiyyətlərin aradan götürülməsindən sonra, 8 fevraldan xidmət edəcəklər. Bu gün şəhərin mərkəzində yeniləşdirilmiş avtoparkın təqdimatı keçirildi.

Rustavidə nəqliyyat üzrə güzəştli tariflə müxtəlif kateqoriyalı 60 min insan istifadə edəcək.

Urban nəqliyyat inkişafı proqramı çərçivəsində, İnfrastruktur Nazirliyinin Munisipal İnkişaf Fondu Rustaviyə 22 ədəd “Avro 5” standartlı yeni avtobuslar verdi. Proqram ilə nəzərdə tutulmuş daha 18 nəqliyyat vasitəsini Rustavi yaxın gələcəkdə alacaq. Avtobuslar MİM şəxslər üçün tamailə adaptasiya olunub.

Proqram “EBRD” maliyyə dəstəyi ilə həyata keçirildi. Proqram müxtəlif munisipalitetlər üçün 175 ədəd, ümumilikdə 18.7 milyon avro dəyərində müasir standartlı avtobusların əldə edilməsini nəzərdə tuturdu.