Rustavidə partlayış nəticəsində xəsart alanları "Rustavi" klinikasına və şəhərin mərkəzi xəstəxanasına yerləşdiriblər
Rustavidə partlayış nəticəsində xəsart alanları "Rustavi" klinikasına və şəhərin mərkəzi xəstəxanasına yerləşdiriblər

Rustavidə oksigen balonunun partlayışı nəticəsində xəsart alanları “Rustavi” klinikasına və şəhərin mərkəzi xəstəxanasına yerləşdiriblər.

Birinci Kanalın jurnalistinin məlumatına görə, xəsarət alanların əksəriyyəti “Rustavi” klinikasına yerləşdirilibdir. Onların sağlamlıq durumu barəsində şərh verilmir.

Şəhərin mərkəzi xəstəxanasına yerləşdirilən iki nəfərə gəldikdə, həkimlərin bəyan etdiyinə görə, onlar reanimasiya şöbəsinə yeləşdiriliblər.

Baş verənlər barəsində Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yaydı. İdarənin məlumatına görə, fakt üzrə istintaqa başlanıb.

Rustavidə, 19-cu mikrorayonda partlayış bu gün baş verdi.