"Rustavi" ansamblı Avropa Şurasının Parlament Assambleyasının iclasında "Çakrulo" mahnısını ifa etdi [Video]

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Avroparlamentdə nitqlə çıxışına qədər iclas zalında, “Rustavi” ansablı tərəfindən gürcü folklor mahnısı “Çakrulo” ifa edildi.

Qeyd olunan mahnının ifasından sonra, Gürcüstanın baş naziri Avropa Şurasının qarşısında nitqlə çıxış edir.

Gürcüstanın baş nazirinə məruzəsi üçün 20 dəqiqə verilib.

Qalan 40 dəqiqə isə, Gürcüstanın Avropa yolundaki çağırışları və nailiyyətləri haqqında suallara cavab vermək üçün ayrılacaq.