Rustaveli prospektində aksiya iştirakçılarının çadırlarını götürdülər
Rustaveli prospektində aksiya iştirakçılarının çadırlarını götürdülər

Xüsusi təyinatlı dəstə üzvləri hazırda Rustaveli prospektindədirlər. Onlar aksiya iştirakçılarını Azadlıq Meydanına tərəf aparmağa çalışırlar.

Onlar Rustaveli prospektində aksiya iştirakçılarının çadırlarını götürdülər.

Aksiya iştirakçılarını artıq Parlamentin arxa girişindən və Çitadze küçəsindən çıxardılar.

Bununla yanaşı hüquqmühafizəçilər aksiya iştirakçılarına bir daha xəbərdarlıq verdilər ki, əazini tərk etsinlər.