Rusiyada koronavirusun 26 mindən yeni halı aşkar edildi
Rusiyada koronavirusun 26 mindən yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 26 mindən artıq yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 326 insan vəfat etdi. Ən çox hal Moskva və Sankt-peterburqda aşkar edildi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun iki milyon 295 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, bir milyon 778 mindən artıq insan müalicə olunaraq sağalıb, 39 895 insan vəfat edib.