Rusiyada son koronavirusun 26 683 halı aşkar edildi, 459 pasiyent vəfat etdi
Rusiyada son koronavirusun 26 683 halı aşkar edildi, 459 pasiyent vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 26 683 yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 459 insan vəfat etdi, 22 minə qədər pasiyent müalicə olunaraq sağaldı.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2 269 316 təsdiq olunmuş halı aşkar edilib, 1 761 457 insan müalicə olunaraq sağalıb, 39 527 insan vəfat edib.