Rusiyada son 24 saat ərzində koronavirusun 22 572 halı aşkar edildi, 352 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 22 572 halı aşkar edildi, 352 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 22 572 yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 352 insan vəfat etdi, virusa yoluxan 14 456 pasiyent müalicə olunaraq sağaldı.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 1 925 825 təsdiq olunmuş halı aşkar edilib, 1 439 985 pasiyent müalicə olunaraq sağalıb, 33 186 insan vəfat edib.