Rusiyada son 24 saat ərzində koronavirusun 17 347 halı aşkar edildi, 219 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 17 347 halı aşkar edildi, 219 pasiyent vəfat etdi

Rusiyada koronavirusa yoluxma hallarının sayı yenə artmaqdadır. Ölkədə son 24 saat ərzində koronavirusun 17 347 halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 219 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 1 531 224 təsdiq olunmuş halı aşkar edilib, 26 269 insan vəfat edib.