Rusiyada son 24 saat ərzində koronavirusun 16 710 halı aşkar edildi, 229 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 16 710 halı aşkar edildi, 229 pasiyent vəfat etdi

Rusiyada koronavirusa yoluxma hallarının sayı yenə artmaqdadır. Ölkədə son 24 saat ərzində koronavirusun 16 710 halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 229 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 1,5 milyondan artıq təsdiq olunmuş halı aşkar edilib, 26 050 insan vəfat edib.