Rusiyada son 24 saat ərzində koronavirusun 15 982 halı aşkar edildi, 179 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 15 982 halı aşkar edildi, 179 pasiyent vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 15 982 halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 179 insan vəfat etdi.

Yeni halların əksəriyyəti ölkənin paytaxtında qeydə alındı. Moskvada son 24 saat ərzində 5 376 hal aşkar edildi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun bir milyon 390 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, 24 366 insan vəfat edib.