Rusiyada koronavirusun 9 908 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 9 908 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 9 908 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 475 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 4 380 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, 3 985 000 insan müalicə olunaraq sağalıb, 91 695 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.

Şərh yaz