Rusiyada koronavirusun 9 445 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 9 445 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 9 445 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 336 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 4 342 000 təsdiq olunmuş halı aşkar edilib, 3 932 000 insan müalicə olunaraq sağalıb, 89 809 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.