Rusiyada koronavirusun 9 393 yeni halı aşkar edildi, 443 pasiyent vəfat etdi
Rusiyada koronavirusun 9 393 yeni halı aşkar edildi, 443 pasiyent vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 9 393 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 443 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 4 409 000-dən artıq təsdiq olunmuş halı aşkar edilib, 4 014 000 insan müalicə olunaraq sağalıb, 92 937 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.