Rusiyada koronavirusun 9 299 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 9 299 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 9 299 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 371 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun  4 456 869 təsdiq olunmuş halı aşkar edilib, 95 030 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.

Şərh yaz