Rusiyada koronavirusun 23 541 yeni halı aşkar edildi, 506 insan vəfat etdi
Rusiyada koronavirusun 23 541 yeni halı aşkar edildi, 506 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 23 541 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 506 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 332 142 təsdiq olunmuş halı aşkar edilib, 2 709 452 insan müalicə olunaraq sağalıb, 60 457 insan vəfat edib.