Rusiyada koronavirusun 22 934 yeni halı aşkar edildi, 531 insan vəfat etdi
Rusiyada koronavirusun 22 934 yeni halı aşkar edildi, 531 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 22 934 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 531 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 milyon 448 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, 2 milyon 825 mindən artıq insan müalicə olunaraq sağalıb, 62 804 insan vəfat edib.