Rusiyada koronavirusun 21 734 yeni halı aşkar edildi, 586 insan vəfat etdi
Rusiyada koronavirusun 21 734 yeni halı aşkar edildi, 586 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 21 734 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 586 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 574 330 təsdiq olunmuş halı aşkar edilib, üç milyondan artıq  insan müalicə olunaraq sağalıb, 66 623 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.