Rusiyada koronavirusun 17 648 yeni halı aşkar edildi, 437 insan vəfat etdi
Rusiyada koronavirusun 17 648 yeni halı aşkar edildi, 437 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 17 648 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 437 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 868 087 təsdiq olunmuş halı aşkar edilib, 3 318 173 insan müalicə olunaraq sağalıb, 73 619 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.