Rusiyada koronavirusun 16 048 yeni halı aşkar edildi, 432 insan vəfat etdi
Rusiyada koronavirusun 16 048 yeni halı aşkar edildi, 432 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 16 048 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 432 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 967 281 təsdiq olunmuş halı aşkar edilib, 3 456 210 insan müalicə olunaraq sağalıb, 75 430 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.