Rusiyada 15 min hərbçini karantinə yerləşdirdilər
Rusiyada 15 min hərbçini karantinə yerləşdirdilər

Rusiyada 15 000 hərbçini karantinə yerləşdirdilər. Bu barədə məlumatı “Qardian” yayır. Britaniya nəşrinin yaydığı məlumata görə, söhbət 9 May paradının məşqində iştirak edən hərbi xidmətçilərdən gedir.

Rusiya Müdafiə Nazirliyində bəyan edirlər ki, 15 min əsgər hərbi bazada iki həftəlik karantində qalacaq. Nazirlik hansısa əsgərin virusa yoluxduğunu konkretləşdirmir.

Xatırladaq ki, Rusiya prezidentinin qərarı ilə 9 May paradı təxirə salındı.