Rusiya və Belarus sabahdan birgə təlimlər keçirəcəklər
Rusiya və Belarus sabahdan birgə təlimlər keçirəcəklər

Rusiya və Belarus sabahdan birgə təlimlər keçirəcəklər. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayır.

İdarədə bəyan etdiklərinə görə, manevrlər irəlcədən planlaşdırılmışdı və Belarus ərazisində, Brestdə olan poliqonda keçiriləcək. Təlimlərdə rus desantçıları da iştirak edəcəklər. Rus hərbçiləri Belarusda qatarla gedəcəklər.

“Təlimlərdə cəmi 300 rus hərbçisi və 70 ədəd hərbi texnika nümayiş olunacaq”, – Rusiya Müdafiə Nazirliyində bəyan edirlər.

Hərbi təlimlər sabahdan 25 sentyabra qədər davam etdiriləcək.