Rusiya, Türkiyə və İranın Xarici İşlər Nazirləri Suriyənin gələcəyi haqqında müzakirə aparacaqlar
Rusiya, Türkiyə və İranın Xarici İşlər Nazirləri Suriyənin gələcəyi haqqında müzakirə aparacaqlar

Qeyd olunan “triada” Moskvada Suriyə məsələsini müzakirə edəcək.

Rusiya, Türkiyə və İranın Xarici İşlər Nazirləri Suriyənin gələcəyi ilə bağlı görüş keçirəcəklər.

Sergey Lavrov, Cavad Zarif və Mövlud Çavuşoğlu Astana danışıqları çərçivəsində humanitar məsələləri də müzakirə edəcəklər.

2017-ci ilin sentyabr ayında, Rusiya, İran və Türkiyə prezidentləri deeskalasiya zonalarının yaradılması barədə razılaşma qoymuşdular, ancaq deeskalasiya zonaları və atəşkəs ümidləri doğrultmadı.