Rusiya Litva sərhədinin yanında, Baltik dənizdə hərbi təlimlər keçirir
Rusiya Litva sərhədinin yanında, Baltik dənizdə hərbi təlimlər keçirir

Rusiya Baltik dənizdə hərbi təlimlər keçirir.

Bu barədə məlumatı Estoniya medyası yayır.

ERR.ee-nin məlumatına görə, hərbi manevrlərdə 24 gəmi iştirak edəcək, həmçinin, təlimlərə dəniz hərbi qüvvələrinin aviasiyası da qoşulub.

Təlim çərçivəsində, hərbi təyyarələr qaradaki hədəflərə zərbələr endirəcəklər.

Hərbi təlim Litva sərhədinin yanında, Kalininqrad əyalətindəki poliqonda keçirilir.

Xatırladaq ki, iyunda Baltiya ölkələri və həmçinin Polşada NATO-nun hərbi təlimləri planlaşdırılıb.