"Rusiya Kəşfiyyat Polkovniki" - Mixeil Saakaşvili Sandra Rulovsu aksiya iştirakçılarına belə təqdim etdi
"Rusiya Kəşfiyyat Polkovniki" - Mixeil Saakaşvili Sandra Rulovsu aksiya iştirakçılarına belə təqdim etdi

“Fe-Es-Be əməkdaşı, Rusiya Kəşviyyat Polkovniki”, – Mixeil Saakaşvili, həyat yoldaşı Sandra Rulovsu aksiya iştirakçılarına belə təqdim etdi.

Gürcüstanın sabiq birinci xanımı aksiya iştirakçılarına Saakaşviliyə verdikləri dəstək üçün təşəkkür etdi.

“Ailəmizin adından, dünən mənim həyat yoldaşım həbs edilən zaman, yanında duran hər bir insana təşəkkür edirəm. Xüsusi ilə də qadınlara təşəkkür edirəm. Sonunda biz mütləq qalib gələcəyik, ancaq biz istəyirik ki, bu mübarizəmizi qan tökülmədən başa çatdıraq” – dedi Sandra Rulovs.