Rusiya, İran və Azərbaycan prezidentləri avqustun 14-də Soçidə görüş keçirəcəklər
Rusiya, İran və Azərbaycan prezidentləri avqustun 14-də Soçidə görüş keçirəcəklər

Rusiya, İran və Azərbaycan prezidentləri avqustun 14-də Soçidə görüş keçirəcəklər.

İran prezidentinin mətbuat xidmətinin məlumatına görə, sammit çərçivəsində, Həsən Ruhani rus və azərbaycanlı həmkarları ilə ikitərəfli formatda da görüş keçirəcək.

Rusiya-İran-Azərbaycan sammitindən sonra, birgə bəyanat qəbul olunacaq.

Üç ölkə liderinin son gorüşü keçən ilin avqustunda baş tutmuşdu.