Rusiya-Gürcüstan müharibəsinin 10-cu ildönümü ilə bağlı Kanadada sərgi keçirildi

Rusiya-Gürcüstan müharibəsinin 10-cu ildönümü ilə bağlı Kanadada Gürcüstan səfirliyinin təşəbbüsü ilə, sərgi keçirildi.

Ekspozisiyada faciəli günləri əks etdirən foto-materiallar təqdim edildi.

Kanadada həmçinin, Polşanın sabiq prezidenti Lex Kaçinskinin xatirəsini də yad etdilər və onun təşkilatçılığı ilə 2008-ci ilin avqustun 12-də, Şərqi Avropa liderlərinin Gürcüstana səfərini xatırladılar.

Tədbirdə, Tbilisinin təhlükə altında olduğu dönəmdə, tarixi reyslə Gürcüstana gələn Litva, Ukrayna, Polşa, Estoniya və Latviya baş nazirlərinin təyyarədə çəkilən fotoları da təqdim edildi.