Rusiya Federal Təhülkəsizlik Xidməti - İslam Dövləti Nijni Novqorodda terror aktını planlaşdırırdı
Rusiya Federal Təhülkəsizlik Xidməti - İslam Dövləti Nijni Novqorodda terror aktını planlaşdırırdı

Rusiyanın Nijni Novqorod şəhərində terror törətməyə hazırlaşan İŞİD üzvü zərərsizləşdirilib.

Bu barədə Rusiya Federal Təhülkəsizlik Xidmətindən məlumat verilib.

Bildirilir ki, zərərsizləşdirilən şəxs Rusiyada prezident seçkiləri zamanı terror törətməyi planlaşdırırmış.

Saxlanılan zaman silahlı müqavimət göstərən terrorçu məhv edilib.

Onun üzərində bir neçə partlayıcı qurğu, odlu silah və döyüş sursatları aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.