Rusiya Belarus süd məhsullarının idxalına qadağa qoydu
Rusiya Belarus süd məhsullarının idxalına qadağa qoydu

Rusiya bu gündən Belarus süd məhsullarının idxalına qadağa qoydu. “İnterfaks” agentliyinin məlumatına görə, “Rosselxodnadzor” və Belarus Kənd Təsərrüfatı Nazirliyi nümayəndəsi arasında məsləhətləşmələr bu gün keçiriləcək.

“Rosselxodnadzor” bəyan edirlər ki, qadağa Avrasiya İqtisadi İttifaqı və Rusiya Veterinar-Sanitar tələblərinin pozuntuları ilə əlaqədardır.

2017-ci ildə Belarus Rusiyaya süd məhsullarının əsas idxalçısı idi.