Rusiyada koronavirusun 15 099 yeni halı qeydə alındı, 185 pasiyent vəfat etdi
Rusiyada koronavirusun 15 099 yeni halı qeydə alındı, 185 pasiyent vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 15 099 halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 185 insan vəfat etdi. Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun bir milyon 399 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, 24 187 insan vəfat edib.

Koronavirusa yoluxma halları sayı ilə Rusiya dünyada dördüncü yerdədir.