Rus müxalifətçisi, Aleksey Navalnini azad etdilər
Rus müxalifətçisi, Aleksey Navalnini azad etdilər

Rus müxalifətçisi, Aleksey Navalnini həbsxanadan azad etdilər. Siyasətçini dünən keçirilən etiraz aksiyası zamanı yaxaladılar. Onu qeyri qanuni aksiyada iştirakda və hüquqmühafizəçilərə müqavimət göstərməkdə ittiham etdilər.

Gecə hüquqmühafizəçilər onun azad edilməsi barəsində qərar qəbul etdilər. Məhkəmə prossesi mayın 11-ə təyin olundu. Navalni bəyan edir ki, Kremldə əmr verdilər ki, Putinin andiçmə mərasiminə qədər onu yaxalamasınlar.

Mayın 5-də Moskva və Rusiyanın daha onlarca şəhərində Putinin andiçmə mərasiminə qarşı etiraz aksiyaları keçirildi. Rəsmi göstəricilərlə, polis 1 597 nəfəri yaxaladı.