Rus  mediasının məlumatına görə, zenit-raket kompleksi üçün Rusiya Türkiyəyə 120-dən artıq idarə olunan raket verdi
Rus mediasının məlumatına görə, zenit-raket kompleksi üçün Rusiya Türkiyəyə 120-dən artıq idarə olunan raket verdi

“S400” zenit-raket kompleksi üçün Rusiya Türkiyəyə 120-dən artıq idarə olunan raket verdi. Məlumatı rus mediası hərbi-diplomatik mənbələrinə istinad edərək yayır.

Yayılan məlumata görə, Türkiyə Rusiyadan “S400”-ün iki diviziyonunu, 120-dən artıq raket, həmçinin yardımçı cihazlar, ehtiyyat hissələri və alətlər aldı.

Mənbəyə əsasən, texnologiyanın türk tərəfi üçün verilməsi, istərsə də qismən, müqavilə şərtləri ilə nəzərdə tutulmamışdı.

Türkiyə tərəfindən rus raket sistemlərinin alınması Ankara və Vaşinqton arasında əlaqələri gərginləşdirdi.