Rus mediası - Kerçdə baş verən terror aktında şübhəli bilinən 22 yaşlı tələbədir (video)

Rusiya tərəfindən işğal olunmuş Krımın Kerç şəhərində baş verən terror aktında şübhəli bilinən, 22 yaşlı tələbədir. O, hücumdan sonra intihar etdi. Məlumatı rus mətbuatı yayır.

Rusiya tərəfindən işğal olunmuş Kerç şəhərində, kolleclərin birində partlayış, bir neçə saat əvvəl baş verdi.

Son göstəricilərə görə, terror aktı nəticəsində həlak olanların sayı 18-ə qədər artdı.

Xəsarət alanların sayı 50-dən artıqdır, onlardan 20 nəfəri xəstəxanaya yerləşdirilib. Yaralıların əksəriyyəti yeniyetmələrdir.