Rumıniyada koronavirusun 1 713 yeni halı aşkar edildi
Rumıniyada koronavirusun 1 713 yeni halı aşkar edildi

Rumıniyada koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı. Son 24 saat ərzində virusa yoluxmanın 1 713 halı aşkar edildi.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə virus 107 011 insanda təsdiq olunub, 4 282 insan vəfat edib, 50 mindən artıq pasiyent müalicə olunaraq sağalıb.

“Qardian” Avropa Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinə istinad edərək yazır ki, Avropa miqyası ilə, yeni halların artması göstəricisiylə, Rumıniya bölgədə İspaniya, Fransa və Çexiya ilə birlikdə liderdir.