Ruben Sadoyan - Ermənistan-Gürcüstan ələqalərini təhlükə hədələmir
Ruben Sadoyan - Ermənistan-Gürcüstan ələqalərini təhlükə hədələmir

Ermənistanın Gürcüstandakı səfiri Yerevanda inkişaf edən hadisələrə əks səda verir.

Ruben Sadoyanın bəyan etdiyinə görə, Ermənistan-Gürcüstan ələqalərini təhlükə hədələmir.

“Vəziyyət nəzarət altındadır. İnqilab barəsində söhbət erkəndir. Ermənistanın baş naziri istefa verdi və güzəştə getdi. Ermənistan-Gürcüstan ələqalərini təhlükə hədələmir və hər şey bu vaxta qədər olduğu kimi olacaq”,- Ermənistanın Gürcüstandakı səfiri bəyan etdi.

Ermənistanın baş naziri, Serj Sarqsiyan vızifəsindən bu gün istefa verdi.

İstefa verməsindən sonra o, bəyanat yaydı. Bəyanatda qeyd olunduğu kimi, o, vəzifəsindən istefa verir və deyir ki, Ermənistan müxalifətinin lideri Nikol Paşinian haqlı idi.

Yerevanda, baş nazir, Serj Sarqsiyanın istefası tələbi ilə etiraz aksiyaları bir neçə gündür keçirilir.

Ermənistan Parlamenti ölkənin baş naziri vəzifəsinə, keçmiş prezidenti, Serj Sarqsiyanı aprelin 17-də təsdiq etdi.

Serj Sarqsiyan Ermənistan prezidenti 2008-2018-ci illərdə idi.