"Rtveli 2020" çərçivəsində Kaxetidə 70 min tona qədər üzüm emal edildi
"Rtveli 2020" çərçivəsində Kaxetidə 70 min tona qədər üzüm emal edildi

Milli Şərab Agentliyinin 17 sentyabr göstəriciləri ilə, Kaxeti bölgəsində cəmi 70 min tona qədər üzüm emal edildi.

Agentliyin məlumatına görə, üzümün emal edilməsi prosesinə gündəlik olaraq 50-ə qədər böyük və orta şərab şirkəti  qoşulub. İdarədə bəyan etdiklərinə görə, Rtveli (üzüm yığımı) Koordinasiya Qərargahıda şərab istehsal edən 273 şirkət qeydiyyatdan keçib, üzümün emal edilməsi prosesinə isə, 83 şirkət qatılıb.

“Rtveli 2020” çərçivəsində, Kaxetidə üzümün proqnoz göstəricisi 300 min tondur.