Ros Uilson - ölkələrimiz arasında əlaqələrə böyük əhəmiyyət veririk və liderlərin yüksək səviyyəli görüşlərini alqışlayırıq
Ros Uilson - ölkələrimiz arasında əlaqələrə böyük əhəmiyyət veririk və liderlərin yüksək səviyyəli görüşlərini alqışlayırıq

ABŞ-ın Gürcüstandakı səfiri vəzidəsi yerinə yetirən, Ros Uilsonun bəyan etdiyinə görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin ABŞ-a səfəri ilə bağlı söhbətlər aparılır, lakin qərar hələlik qəbul olunmayıb.

Onun qeyd etdiyinə görə, Gürcüstan və ABŞ arasında güclü əlaqələr var.

“Prezident Salome Zurabişvili ABŞ-a səfəri barəsində təşəbbüs irəli sürdü. Bununla bağlı söhbətlər aparılır. Lakin qərar hələlik qəbul olunmayıb. Bildiyiniz kimi, ölkələrimiz arasında əlaqələrə böyük əhəmiyyət veririk və liderlərin yüksək səviyyəli görüşlərini alqışlayırıq. Bir daha bildirmək istəyirəm ki, Gürcüstan və ABŞ arasında güclü əlaqələr var”, – ABŞ-ın Gürcüstandakı səfiri vəzidəsi yerinə yetirən bəyan etdi.

“Rustavi 2” məlumat yaydı ki, Salome Zurabişvili ABŞ-a səfəri barəsində rəsmi Vaşinqtondan rədd cavab aldı.