Ros Uilson - ifadə azadlığını dəstəkləyirik, lakin hər şey dinc və sakit mühitdə olmalıdır
Ros Uilson - ifadə azadlığını dəstəkləyirik, lakin hər şey dinc və sakit mühitdə olmalıdır

Amerika Birləşmiş Ştatları səfiri vəzifəsini yerinə yetirən, Ros Uilsonun bəyan etdiyin görə, ABŞ ifadə azadlığını dəstəkləyir, lakin bunların hamısı dinc və sakit mühitdə ifadə olmalıdır. Elə onun dediyinə görə, artıq vaxtdır ki, Gürcüstan irəliyə doğru hərəkətini davam etdirsin və ölkədə olan başqa önəmli məsələlər üzrə işləsin.

“Dünən baş verən hadisələrlə bağlı demək istəyirəm ki, ABŞ ifadə azadlığını, söz azadlğını, toplantı azadlığını dəstəkləyir, lakin bunların hamısı dinc və sakit mühitdə ifadə olmalıdır. müvafiq olaraq artıq vaxtdır ki, Gürcüstan irəliyə doğru hərəkətini davam etdirsin və ölkədə olan başqa önəmli məsələlər üzrə işləsin”, – Ros Uilson bəyan etdi.

Amerika Birləşmiş Ştatları səfiri vəzifəsini yerinə yetirən, aksiyanın dəyərləndirməsi ilə yanaşı, andiçmə mərasiminə də dəyərləndirdi.

“Biz, andiçmə mərasimində iştirakımıza çox sevindik və qürur duyduq. Bizim nümayəndə heyətimizə USAID administratorunun müavini rəhbərlik edirdi. USAID Gürcüstanda 25 ildən artıq işləyən təşkilatdır. Mən və USAID-ın rəhbəri Salome Zurabişvilini təbrik etdik”, – Amerika Birləşmiş Ştatları səfiri vəzifəsini yerinə yetirən, Ros Uilsonun bəyan etdi.