Ros Uilson - Hərkəsin seçkilərin nəticələrinə hörmət etməsi və qalibi qəbul etməsi zəruridir
Ros Uilson - Hərkəsin seçkilərin nəticələrinə hörmət etməsi və qalibi qəbul etməsi zəruridir

Gürcüstanın Katolikos-patriarxı İkinci İlia Gürcüstan ABŞ səfirinin vəzifəsinin icraçısı Ros Uilsonu qəbul etdi.

Patriarxlığın məlumatına görə, görüşdə söhbət Gürcüstan və ABŞ arasında mövcud olan münasibətlərə toxundu və həmçinin, müxtəlif vacib məsələlər də müzakirə olundu.

Görüş zamanı Gürcüstanda keçirilən prezident seçkiləri də qiymətləndirildi.

“Seçki dövrü bizdə biraz çətin keçir, çünki emosiyalı xalqıq. Məğlub olanlar hələdə Salome Zurabişvilinin qələbəsini qəbul etmək istəmirlər” – dedi patriarx.

Səfir vəzifəsinin icraçısı isə, öz növbəsində bəyan etdi ki, demokratiya şərtlərində vacib və zəruridir ki, hər kəs seçkilərin nəticələrinə hörmət etsin və qalib olanı qəbul etsin.

Görüş başa çatandan sonra, İkinci İlia Ris Uilsona hədiyyə verdi və əməkdaşlığın dərinləşdirilməsi üçün hazırlığını bildirdi.

Görüş haqqında məlumatı patriarxlıq yayır.