Roma Papası liftdə qaldı və həftəlik müraciətinə gecikdi
Roma Papası liftdə qaldı və həftəlik müraciətinə gecikdi

Roma Papası liftdə qaldı və həftəlik müraciətinə gecikdi. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Yayılan məlumata görə, Roma Papası liftdə 25 dəqiqə ərzində qalmışdı və onu yanğınsöndürənlər çıxara bildilər.

Fransiske meydana toplaşanlardan üzr istədi və açıqladı ki, Vatikanda elektrik enerjisi ilə problemlər var idi, buna görə də yarım saat liftdə qalmışdı.

O, meydana toplaşanlara müraciət etdi ki, onu xilas edən yanğınsöndürənləri alqışlarla qarşılasınlar.