Roma Papası Fransiske iyulun 4-də, Vatikanda Vladimir Putin ilə görüşəcək
Roma Papası Fransiske iyulun 4-də, Vatikanda Vladimir Putin ilə görüşəcək

Roma Papası iyulun 4-də, Vatikanda Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.

“Frans Press” agentliyinin məlumatına görə, bu barədə Vatikanın mətbuat katibi Alesandro Cizoti bəyan etdi.

Bu Roma Papası Fransiske və Rusiya prezidenti Vladimir Putin arasında sıra ilə üçüncü görüş olacaq.

Birinci görüş 2013-cü ildə, ikincisi isə, 2015-ci ildə baş tutdu.