Roma Papası bir qadının əlinə vurduğuna görə, ictimaiyyətdən üzr istədi (Video)

Roma Papası qadının əlinə vurduğuna görə, ictimaiyyətdən üzr istədi.

“Dünən göstərdiyim pis misal üçün üzr istəyirəm” – dedi papa Fransisk.

Papanın dediyinə görə, insanlar bəzən hövsələdən çıxırlar.

Roma Papası öz çıxışında qadınlara qarşı zorakılığı qınadı.

Roma Papasının onunla komunikasiyaya girməyə çalışan qadının əlinə vurduğu video internetdə yayıldı.

Papa Fransisk Müqəddəs Pyotr meydanına gedirdi və o zaman oraya yığılan qadınlardan biri onun əlindən çəkdi və nəsə deməyə çalışırdı, qadının bu hərəkətinə cavab olaraq isə, Roma Papası onun əlinə vurdu.