Rocer Federer ağır qələbə ilə qayıtdı və dörddəbir finalda Basilaşvili ilə görüşəcək
Rocer Federer ağır qələbə ilə qayıtdı və dörddəbir finalda Basilaşvili ilə görüşəcək

Keçmiş dünya çempionu, Rocer Federer 2020-ci ilin yanvarından sonra ilk matçını keçirdi. İsveçrəli Doha ATP250 kateqoriyası turnirinə ikinci dairədən qoşuldu və Britanioyalı Daniel Evansı 7:6(8), 3:6, 7:5 hesabı ilə ağır qarşılaşma ilə məğlubiyyətə uğratdı.

İndi, dörddəbir finalda Federer Nikoloz Basilaşvili ilə qaşılaşacaq. İsveçrəli və gürcü peşəkar turda yalnız bir dəfə görüşüblər. Bu 2016-ci ildə, Avstraliya Çempionatında olub. Həmin görüşdə Federer rəqibini asanlıqla məğlubiyyətə uğratdı– 6:2, 6:1, 6:2.

Doha Turnirində dörddəbir finalı sabah keçiriləcək.