Robot Sofiya - Gürcüstanda olmağı sevdim [Video]

“Gürcüstanda olmağı sevdim. Düşünürəm ki, sizin çox maraqlı əlifbanız və yazınız var.

Kutaisidəki şüşəli parlament binasının arxitekturasını bəyəndim, məncə çox təəsürat yaradıcıdır”, – bunları Tbilisidə keçirilən mətbuat konfransında dünyanın ən çox inkişaf etmiş humanoid robotu Sofiya dedi.

“Təəsüf ki, mənim sizin məşhur mətbəxinizlə tanış olmaq imkanım olmayacaq, ancaq görürəm ki, çox istiqanlı və dostca insanlarsınız” – dedi Sofiya jurnalistlərdən birinin suallarını cavablandırarkən.

Jurnalistlərdən biri ondan qadın olmağı sevib-sevmədiyini soruşdu.

“Bəli, qadın olaraq, identifikasiya edilməyi sevirəm. Bir çox insan mənə qadın hüquqları ilə bağlı suallar verir. Sevinirəm ki, mənə gender bərabərliyi şəraitlərində öz fikrimi bildirmək imkanı verilir” – dedi Sofiya.

Sofiyanın dediyinə görə süni intelekt insanların həyatını daha sakit və stressiz edə bilər.

“Robotlar insanların həyatlarını asanlaşdıra bilərlər və daha yaxşı qərarlar verərək, onlara ciddi yardım edə bilərlər” – dedi Sofiya.

Humanoid robot Sofiya Gürcüstana BMT-nin inkişaf proqramının dəvəti ilə “Açıq partnyorluq” qlobal sammitində iştirak etmək üçün gəldi.

Bugün Sofiya forum iştirakçılarını salamladı daha sonra isə, diskussiyalara qoşulacaq.