Revaz Lağidze küçəsində yanğın lokallaşdırılıb
Revaz Lağidze küçəsində yanğın lokallaşdırılıb

Revaz Lağidze küçəsində yanğın bu vaxt üçün lokallaşdırılıb. Bu barədə jurnalistlərə Fövqəladə Hallar İdarəsi Xidmətinin Tbilisi Baş İdarəsinin rəisi, Otar Kereselidze bəyan etdi.

Onun dediyinə görə, ilkin məlumatla, yanğın nəticəsində bir nəfər xəsarət aldı.

“Hadisə yerinəoperativ şəkildə 20-ə qədər yanğınsöndürən avtosisterni, iki xüsusi pilləkən gəldi. Yanğının iki tərəfli söndürülməsi həyata keçirilirdi, necə Lağidze küçəsindən, eləcə də Kür Çayının sol sahilindən. Həmçinin Kür Çayından suyun dayanmadan çatdırılması həyata keçirilirdi. Təxminən 500 kvadrata qədər yanıb. Bizim məlumatımızla, bir nəfər xəsarıt alıb. Lakin məlumat dəqiqləşdirilir. Yayılma təhlükəsi mövcud deyil. Əlavə məlumatı az sonra bildirəcəyik. Yanğına səbəblər bu vaxt üçün məlum deyil”, – Kereselidze bəyan etdi.

Tbilisidə, Revaz Lağidze küçəsində yanğın tərk edilmiş tikintidə əmələ gəldi.