"Reuters"-in məlumatına görə, Angela Merkel Almaniyanın qismən bağlanılmasını tələb edir
"Reuters"-in məlumatına görə, Angela Merkel Almaniyanın qismən bağlanılmasını tələb edir

Almaniya kansleri, Angela Merkel koronavirusa yoluxma hallarının artmasına görə, ölkənin qismən bağlanılması üçün hazırlaşır.

Bu barədə məlumatı “Reuters” agentliyi öz mənbəsi tərəfindən əldə olunan işçi sənədə istinad edərək yayır.

Yayılan məlumata görə, yeni məhdudiyyətlər restoran və barların bağlanılmasını nəzərdə tutur. Halbuki məktəblərin bağlanılması planlaşdırılmır.

Yeni məhdudiyyətlərdən zərər görən şirkətlərə yardım məqsədilə, Almaniya Maliyyə naziri 10 milyard avro həcmində yardımın ayrılmasını istəyir.

“Reuters” agentliyinin mənbəsi deyir ki, yeni requlasiyalar 2 noyabrdan qüvvəyə minəcək.

Fitnes studiyalar, klublar, kinoteatrlar, teatrlar, opera teatrları və konsert yerləri bağlanacaq. Resteronların yalnız çatdırma servisi olacaq.

Yayılan məlumata görə, Angela Merkel federal torpaqlar rəhbərləri ilə virtual danışıqlar aparır.