"Reuters" - Avropanın iyulun birindən Rusiya və Amerika üçün sərhədi açmaması mümkündür
"Reuters" - Avropanın iyulun birindən Rusiya və Amerika üçün sərhədi açmaması mümkündür

“Reuters” informasiya agentliyinin məlumatına görə, Avropanın iyulun birindən Rusiya və Amerika üçün sərhədi açmaması mümkündür.

Avropa İttifaqı sərhədlərin açılmasını iyulun birindən planlaşdırır, lakin ittifaqda bəyan edirlər ki, bu, hər bir ölkədə koronavirus durumunun dəyərləndirməsindən sonra baş verəcək.

Dövlətlər həmçinin testləşdirmə miqyası ilə də dəyərləndiriləcəklər.

“Reuters” informasiya agentliyinə Avropa İttifaqının nümayəndəsinin açıqladığına görə, meyarlar yekun deyil və dəyişməsi mümkündür.