Respublika Xəstəxanası sabahdan yalnız koronavirusa yoluxan pasiyentləri qəbul edəcək
Respublika Xəstəxanası sabahdan yalnız koronavirusa yoluxan pasiyentləri qəbul edəcək

Respublika Xəstəxanası sabahdan yalnız koronavirusa yoluxan pasiyentləri qəbul edəcək.

Xəstəxananın kliniki direktoru, David Tabidzenin bəyan etdiyinə görə, stasionar artıq tamamilə boşaldıldı və sabahdan qızdırma simptomu olan heç bir pasiyenti qəbul etməyəcək.

“Respublika Xəstəxanası tamamilə boşaldıldı və yenə kovid-mərkəzinə çevrildik. Biz artıq qızdırma mərkəzi də deyilik. Sabahdan heç bir qızdırma simptomu olan insanı qəbul etməyəcəyik. Birbaşa korona hallarını qəbul edəcəyik və güman ki, daha təsirli tədbirlər görməliyik. Özü də ki, hallan yüngül olduğu təqdirdə, onları kovid-mehmanxanalarda qəbul edə bilərik. Klinikaya isə, imkan verməliyik ki, koronavirusa yoluxanlanlarla işləyə bilsinlər”, -Respublika Xəstəxanasının kliniki direktoru, David Tabidzenin bəyan etdi.

Şərh yaz