Respublika xəstəxanasında 33 nəfər karantindədir
Respublika xəstəxanasında 33 nəfər karantindədir

Respublika xəstəxanasının direktoru Levan Qopodzenin məlumatına görə, xəstəxanada 33 nəfər həkimlərin müşahidəsi altındadır.

Onun dediyinə görə, xüsusi diqqət iki pasientə yetirilir.

“Karantində olan iki nəfərin gecə saatlarında yüksək temperaturu olur və onlara ikinci dəfə test keçiriləcək. Digərlərin vəziyyəti isə, qənaətbəxşdir” – dedi Levan Qopodze.

Xəstəxana direktorunun dediyinə görə, virusu təsdiqlənməyən yeddi nəfər karantindən çıxıb, evinə qayıtdı və bir müddət ev izolyasiyasında qalacaq.